Məxfilik siyasəti
Son yenilənmə: 23 oktyabr 2026
Biznes CRM (biznescrm.com) kiçik bizneslər üçün hazır CRM-lər hazırlayır və onların işini təmin edir. Bu səhifədə saytda və CRM-lərdə hansı məlumatları saxladığımızı, nə üçün istifadə etdiyimizi, harada saxladığımızı və onları necə silə biləcəyinizi yazırıq. Fərdi məlumatlarla «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun işləyirik.
Saytda saxladığımız məlumatlar
- Sorğu və «Mənə zəng edin» formaları: adınız, telefon nömrəniz, biznesin adı və növü, yazdığınız mətn.
- «7 gün pulsuz» forması: ad, telefon, biznesin adı və növü. Şifrəniz yalnız geri açılmayan şəkildə (hash) saxlanılır — onu heç kim, o cümlədən biz, görə bilmir.
- Formanı yarımçıq qoysanız, kömək təklif etmək üçün adınızı və telefonunuzu saxlayırıq — şifrəni heç vaxt. Bu, formanın altında da yazılıb.
- Saytın statistikası üçün brauzerinizdə anonim nömrəli bir cookie («bv») saxlanılır: hansı səhifələrə baxıldığını sayırıq, sizi adla tanımırıq.
- Reklam etiketləri (Meta Pixel, Google) saytda yalnız işə salındıqda yüklənir və reklamın nəticəsini ölçmək üçündür.
- Meta etiketi işə salınıbsa və siz sorğu qoyursunuzsa, bu barədə Meta-ya da xəbər veririk: telefon nömrəniz və adınız yalnız şifrələnmiş şəkildə (SHA-256 hash), brauzerin ünvanı və adı ilə birlikdə. Meta bununla sorğunu reklamı görən öz istifadəçiləri ilə tutuşdurur — reklamın nəticəsini saymaq üçün.
Nə üçün istifadə edirik
- Sizinlə əlaqə saxlamaq, CRM-i hazırlamaq və işə salmaq, pulsuz sınaq yaratmaq, hesab-faktura göndərmək və dəstək göstərmək üçün.
- Məlumatlarınızı satmırıq. Reklam platformalarına (Meta, Google) yalnız yuxarıda yazılanı veririk — reklamın nəticəsini ölçmək üçün.
CRM-dəki məlumatlar
- Hər biznesin öz ayrıca CRM-i və ayrıca məlumat bazası var. Biznesin müştəriləri, qeydləri və ödənişləri haqqında məlumatların sahibi həmin biznesdir; biz onları yalnız CRM-in işləməsi üçün saxlayırıq.
- CRM-ə yalnız biznesin öz istifadəçiləri daxil olur. Biz məlumatlara yalnız biznesin xahişi ilə (dəstək, məlumatların köçürülməsi) və ehtiyat nüsxəni bərpa etmək üçün baxırıq.
- Tibbi və psixoloji qeydləri (stomatologiya, psixoloq və s.) CRM-də yalnız buna icazəsi olan işçilər görür.
- Mağazaların barkod kataloqu: mağaza CRM-ində barkodlu mal əlavə olunanda onun barkodu, adı və qrupu Biznes CRM-in ümumi kataloquna düşür — qiyməti, qalığı, satışları və mağazanın adı heç vaxt. Başqa mağaza eyni barkodu skan edəndə CRM ona malın adını təklif edir. Kataloqda olmayan barkodun adı açıq bazalardan (Open Food Facts, Open Beauty Facts, Open Products Facts) soruşulur — onlara yalnız barkodun özü gedir.
Mesajlar
- CRM müştərilərə xatırlatmaları Telegram botu (@biznes_crm_bot) ilə göndərir — yalnız müştəri özü bota qoşulduqda.
- Biznes WhatsApp-ı CRM-ə qoşduqda mesajlar Meta-nın WhatsApp Business Platforması ilə göndərilir: müştərinin telefon nömrəsi və mesajın mətni Meta-dan keçir və onun qaydalarına tabedir.
- Biznes AI-administratoru qoşubsa, müştərilərinin mesajları (WhatsApp, Telegram və ya onlayn qeydiyyat çatında) Anthropic şirkətinin AI xidmətində (Claude modeli) emal olunur ki, bu biznesin xidmətləri, qiymətləri və boş vaxtı barədə cavab hazırlansın. Anthropic-in şərtlərinə görə bu məlumatlar modelləri öyrətmək üçün istifadə olunmur. Yazışmalar biznesin CRM-ində saxlanılır.
- Biznes CRM-in öz WhatsApp-ına yazdığınız mesajlar (köməkçi-bota da) sualınıza cavab vermək üçün saxlanılır və Meta-dan keçir; nömrəniz və adınız sorğu kimi qeyd olunur.
Harada və nə qədər saxlayırıq
- Məlumatlar Avropada yerləşən serverlərdə (OVHcloud) saxlanılır. Ehtiyat nüsxələr şifrələnmiş şəkildə Backblaze B2-də (Avropa) saxlanılır: gündəlik nüsxələr 30 gün, aylıq nüsxələr bir il.
- Pulsuz sınaq bitəndən sonra CRM 30 gün yalnız baxış rejimində qalır, sonra arxivə köçürülür və işləyən sistemdən silinir.
- Müqavilə bitdikdə biznesin bütün məlumatlarını ona fayl şəklində veririk və istəyi ilə silirik.
Hüquqlarınız və məlumatların silinməsi
- Sizin haqqınızda hansı məlumatların saxlandığını soruşa, onların düzəldilməsini və ya silinməsini tələb edə bilərsiniz.
- Silmək üçün WhatsApp-da +994104155975 nömrəsinə və ya info@biznescrm.com ünvanına «Məlumatlarımı silin» yazın və telefon nömrənizi və ya biznesin adını göstərin. 30 gün ərzində silib cavab yazırıq.
- Bir biznesin (salon, klinika və s.) müştərisisinizsə, əvvəlcə həmin biznesə müraciət edin — məlumatlarınızın sahibi odur. Bizə yazsanız, sorğunu ona çatdıracağıq.
- Telegram botundan bildiriş almamaq üçün botla söhbəti silmək və ya botu bloklamaq kifayətdir.
Əlaqə
- Suallar üçün: WhatsApp və telefon +994 10 415 59 75, e-poçt info@biznescrm.com, Instagram @biznescrm_.
- Bu siyasət dəyişsə, yeni mətni bu səhifədə yenilənmə tarixi ilə dərc edirik.