CRM-iniz bir dəqiqəyə hazırdır

Kiçik biznes üçün hazır CRM — telefondan idarə edin

Qeydlər, müştərilər, pul, Telegram və WhatsApp xatırlatmaları bir yerdə. Sizin nişə uyğun qurulmuş sistem — proqramçı və uzun layihə olmadan.

Kart lazım deyil · Qeydiyyat tələb olunmur: demoya bir kliklə daxil olun

  • Hər nişə öz hazır şablonu
  • Azərbaycan və rus dilləri
  • Telegram və WhatsApp xatırlatmaları
  • Gündəlik ehtiyat nüsxə

İşiniz hansıdır?

Kiçik biznesə — hazır CRM. Böyük təşkilata — öz işinə görə qurulan ERP.

CRM · hazırdır

Kiçik və orta biznes

Salon, mağaza, servis, klinika, kurs, klub və daha çox — hər sahənin öz CRM-i.

  • 1 dəqiqəyə açılır, 7 gün pulsuz
  • Yazılış, müştərilər, xatırlatma, maliyyə
  • Ayda 29 ₼-dan
CRM-imi seçim

ERP · sizin üçün qurulur

Müəssisə və təşkilat

Zavod, layihə institutu, tikinti, distribusiya, klinika və məktəb şəbəkələri.

  • Şöbələr, kadrlar, layihələr, sənədlər, büdcə, anbar
  • Sizin serverinizdə və ya bizim buludda
  • Əvvəlcə — sizin layihənizə görə canlı demo
Layihəni müzakirə edək

30 saniyə · 4 sual

CRM-i 30 saniyəyə seçək

4 suala cavab verin — CRM-in məhz sizin biznesdə nə edəcəyini, hansı tarifin lazım olduğunu və qiymətini görəcəksiniz.

1/4Nə ilə məşğulsunuz?

Əvvəl və sonra

Dəftər, WhatsApp və kalkulyator — bir CRM-də

Səhifəni aşağı sürüşdürün: qarışıqlıq özü qaydaya düşür.

  • Qeydlər dəftərdə və WhatsApp-da qarışır

    Bütün qeydlər bir təqvimdə

  • Axşam pulu kalkulyatorla hesablayıram

    Gəlir və maaş özü hesablanır

  • Müştəri unudur və gəlmir

    Xatırlatma Telegram-da özü gedir

Hansı biznes üçün?

Hər niş üçün hazır şablon: öz sahələri, statusları, xidmətləri və hesabatları. Demonu açın — real məlumatlarla işləyən sistemi görəcəksiniz.

Necə işləyir

Demodan ilk müştəriyə qədər — dörd addım. Proqramçı, server və uzun layihə lazım deyil.

  1. 01

    Demonu seçin

    Öz nişinizin demosunu açın və sistemin necə işlədiyini görün.

  2. 02

    7 gün pulsuz

    CRM-iniz bir dəqiqəyə yaranır — nişinizin xidmətləri və ayarları ilə. Kart lazım deyil.

  3. 03

    Tarifi seçin

    Aylıq və ya illik — CRM-in içindən bir düymə ilə. Sınaqda etdiyiniz hər şey qalır.

  4. 04

    İşləyin

    Hostinq, yeniləmələr, ehtiyat nüsxələr və dəstək qiymətə daxildir. İstəsəniz, bazanızı biz köçürək.

Hər gün lazım olan hər şey

Təqvim

Ustalar, otaqlar və ya qruplar üzrə günün cədvəli; boş vaxta toxunun — qeyd hazırdır.

Telegram və WhatsApp xatırlatmaları

Müştəri qeyddən əvvəl xatırlatma alır — Telegram-da və ya sizin öz WhatsApp nömrənizdən — və bir düymə ilə təsdiqləyir.

Maliyyə

Gəlir, xərc, mənfəət, ödəniş üsulları və işçilərin əmək haqqı avtomatik.

Hesabatlar

Gəlir, doluluq, yeni və təkrar müştərilər, populyar xidmətlər.

Müştəri bazası

Kart, vizit tarixçəsi, xərclər, qeydlər, teqlər və nişə uyğun sahələr.

Telefonda rahat

Sistem mobil üçün hazırlanıb: bütün işi telefondan görə bilərsiniz.

Rollar və filiallar

Sahibkar, menecer, administrator, usta — hər kəs yalnız özünə lazım olanı görür.

Excel-dən köçürmə

Mövcud müştəri bazanızı bir fayl ilə yükləyirik.

Qoşulmalar

Hər gün işlətdiyiniz xidmətlərlə işləyir

Proqramlar arasında əl ilə köçürmə yoxdur: CRM özü göndərir, oxuyur və yazır.

  • Telegram Müştəriyə xatırlatma və «Təsdiq edirəm / Ləğv et» düymələri, sahibkara axşam günün yekunu.
  • WhatsApp Xatırlatmalar biznesinizin öz nömrəsindən, «Təsdiq edirəm / Ləğv et» düymələri ilə. Nömrə WhatsApp Business tətbiqində qalır.
  • Instagram Bio-dakı link — onlayn yazılış və ya mağazanız; oradan neçə nəfərin gəldiyi sayılır.
  • Google Xəritələr Razı müştəri bir toxunuşla Google-da rəy yazır, narazılığı isə əvvəl siz görürsünüz.
  • Qaimə (e-taxes) Təchizatçının qaiməsini telefonla çəkin — mallar və saylar qəbula özü dolur.
  • Barkod skaneri USB skaner və ya telefonun kamerası: mal saniyədə tapılır, satış iki toxunuşdur.
  • Tərəzi Çəki ilə satılan malın etiketini kassa özü oxuyur.
  • Excel Müştəri bazanızı bir fayldan köçürün, siyahıları Excel-ə çıxarın.
  • Telefona bildiriş Yeni yazılış, ləğv, narazı rəy — CRM telefonunuza özü xəbər verir.

Yeni

Müştərini geri qaytaran alətlər

Sadəcə qeyd dəftəri deyil: CRM müştəriləri özü xatırladır, geri çağırır və yenidən gəlməyə həvəsləndirir.

  • Onlayn qeydiyyat

    Müştəri linkdən xidməti, mütəxəssisi və boş vaxtı özü seçir — gecə də. Linki Instagram bioya qoyun.

  • Qayıtmalı müştərilər

    CRM çoxdan gəlməyənləri tapır — bir düymə ilə WhatsApp və ya Telegram mesajı göndərirsiniz.

  • Bonuslar

    Hər ödənişdən faiz geri qayıdır, müştəri növbəti ziyarətdə bonusla ödəyir. Faizi özünüz seçirsiniz.

  • Xidmət paketləri

    “5 ziyarət — 200 ₼” kimi paketlər: pul əvvəlcədən, hər ziyarət avtomatik çıxılır.

  • Rəylər

    Ziyarətdən sonra müştəri 1–5 ulduz verir. Razı qalanları Google-a yönləndiririk, narazılığı ilk siz görürsünüz.

  • CRM-dən soruş

    “Gəlir niyə düşdü?”, “Sabah kim gəlir?” — cavab bazadakı dəqiq rəqəmlərlə, bir toxunuşla.

Yeni

AI-administrator gecə də cavab verir və müştərini özü yazır

Müştəri onlayn yazılış səhifəsində adi dillə yazır: «sabah axşam saç kəsimi olar?». AI boş vaxtı CRM-dən götürür, qiyməti deyir və yazılışı özü edir.

  • Yalnız CRM-dəki boş saatları təklif edir — üst-üstə yazılış olmur
  • Qiymətləri sizin prays-listdən deyir, özündən uydurmur
  • Müştərinin öz yazılışını köçürür və ya ləğv edir
  • Bilmədiyi sualı sizə ötürür — Telegram və telefonda bildiriş

79 ₼/ay · istənilən tarifə əlavə

Qiymətlər

Aylıq abunə, quraşdırma haqqı yoxdur. İllik ödənişdə 2 ay hədiyyə. Əvvəlcə 7 gün pulsuz — Biznes tarifinin bütün imkanları ilə.

Solo

29 ₼/ay

İllik ödənişdə ayda 24 ₼

  • 1 istifadəçi
  • 1 filial
  • Təqvim, onlayn yazılış, Telegram və WhatsApp xatırlatmaları
  • Müştərilər, kassa və hesabatlar
  • İşçilərin maaş hesabı
  • Nişinizin öz funksiyaları
  • Hostinq, ehtiyat nüsxə, yeniləmələr, dəstək
7 gün pulsuz başla

Start

59 ₼/ay

İllik ödənişdə ayda 49 ₼

  • 3 istifadəçiyə qədər
  • 1 filial
  • Təqvim, onlayn yazılış, Telegram və WhatsApp xatırlatmaları
  • Müştərilər, kassa və hesabatlar
  • İşçilərin maaş hesabı
  • Nişinizin öz funksiyaları
  • Hostinq, ehtiyat nüsxə, yeniləmələr, dəstək
7 gün pulsuz başla

Fərdi

199 ₼-dan/ay

Şərtlər danışıqdan sonra · 3–5 iş günündə qururuq

Biznes-dəki hər şey, üstəgəl:

  • İstifadəçi limiti yoxdur
  • Filial limiti yoxdur
  • Fərdi funksiyalar və inteqrasiyalar
Müraciət et

AI-administrator+79 ₼/ay

Müştərilərə gecə-gündüz cavab verir, boş vaxtı tapır və özü yazır. İstənilən tarifə qoşulur.

Demoda yoxlayın
  • Quraşdırma pulsuz. Nişinizin şablonu hazırdır: xidmətlər, statuslar, hesabatlar — CRM bir dəqiqəyə açılır.
  • «Biz quraq» — 99 ₼. Bazanızı Excel, dəftər və ya köhnə proqramdan köçürür, qiymətləri və ustaları daxil edir, komandanı öyrədirik — 3–5 iş günündə. İllik ödənişdə pulsuz.
  • Müqavilə yoxdur. İstədiyiniz ay dayandırın, məlumatlarınızı Excel-də götürün.

Ödəniş — kartla köçürmə və ya hesab-faktura ilə, ayın və ya ilin əvvəlində. Ödəniş gecikəndə belə məlumatlar silinmir.

Məlumatlarınız etibarlı əllərdədir

  • Ayrıca baza. Hər biznesin öz CRM-i və öz bazası var — başqası sizin məlumatı görə bilməz.
  • Hər gecə ehtiyat nüsxə. Şifrələnmiş (AES-256) nüsxələr Avropada ayrıca yerdə: son 30 gün və hər ayın ilk günü — il boyu.
  • Serverlər Avropada. OVHcloud, bütün bağlantılar HTTPS ilə.
  • Rollar. İşçi yalnız ona icazə verilənləri görür; telefon nömrələri və pul ondan gizlənə bilər.
  • Jurnal. Kim, nə vaxt, nəyi dəyişdi — görünür; tibbi qeydlərin özü jurnala yazılmır.
  • Məlumat sizindir. İstədiyiniz vaxt bütün bazanızı fayl kimi veririk.
Məxfilik siyasəti →

Nə hazırdır, nə gəlir

Hazırdır — bu gün işləyir

  • Yazılış və ustaların təqvimi
  • Müştəri kartı və tarixçə
  • Onlayn yazılış linki
  • Telegram və WhatsApp xatırlatmaları
  • Kassa, xərclər, maaş
  • Anbar və mal qəbulu
  • Mağaza kassası, nisyə, taksit
  • Qaimə fotodan
  • İnternetsiz kassa (mağazalar)
  • «CRM sizə nə qazandırdı» — aylıq hesabat
  • Bonus, promokod, «Dostunu gətir»
  • Rəylər → Google
  • Vergilər: təqvim və xatırlatma
  • AI-administrator

Tezliklə

  • Onlayn ödəniş linki (kartla)bankla müqavilədən sonra

Tez-tez verilən suallar

Ən çox soruşulanlar — qısa və açıq cavablarla.

Cavabı tapmadınız?

Yazın — sualınıza bir iş günü ərzində cavab veririk.

Məlumatlar kimə məxsusdur?

Sizə. Hər müştərinin öz ayrıca bazası var. İstənilən vaxt bütün məlumatlarınızı Excel faylı şəklində alırsınız.

Məlumatlar harada saxlanılır və itə bilərmi?

Serverdə, HTTPS ilə qorunur. Hər gecə ehtiyat nüsxə alınır, yeniləmədən əvvəl də ayrıca nüsxə çıxarılır.

Sistemi bizə uyğunlaşdıra bilərsinizmi?

Bəli. Loqotip, rənglər, xidmətlər, statuslar, əlavə sahələr və giriş hüquqları — hamısı sizin üçün qurulur. Böyük dəyişikliklər üçün fərdi CRM var.

Telefonla işləmək rahatdırmı?

Sistem ilk növbədə telefon üçün hazırlanıb: təqvim, müştərilər, ödəniş və hesabatlar mobil ekranda rahat işləyir.

Müştərilərə xatırlatmalar necə gedir? WhatsApp-da da?

Özü gedir — Telegram-da və WhatsApp-da. Müştərinin Telegram-ı qoşulubsa, xatırlatma ora gedir (pulsuz). Qalanlarına — WhatsApp-da, sizin öz biznes nömrənizdən, «Təsdiq edirəm / Ləğv et» düymələri ilə: cavab təqvimə özü düşür. Nömrə və yazışmalar telefonunuzdakı WhatsApp Business tətbiqində qalır; qoşmaq 5 dəqiqədir — link göndəririk. WhatsApp mesajları üçün Meta kiçik haqq alır (xatırlatma başına bir neçə qəpik) — onu kartla birbaşa Meta-ya ödəyirsiniz.

AI-administrator nədir və necə qoşulur?

Onlayn yazılış səhifənizdə müştərilərlə yazışan köməkçidir: boş vaxtı CRM-dən tapır, qiymətləri prays-listinizdən deyir və müştərini özü yazır, bilmədiyi sualı isə sizə ötürür. İstənilən tarifə əlavədir — ayda 79 ₼. Qoşmaq üçün bizə yazın; demoda indi yoxlaya bilərsiniz.

İmtina etsək nə olur?

Bütün məlumatlarınızı Excel və verilənlər bazası faylı kimi veririk. Heç bir cərimə yoxdur.

Müraciət qoyun

Nişinizə uyğun CRM-i göstərək və qiyməti dəqiqləşdirək. Bir iş günü ərzində əlaqə saxlayırıq.

Sonra nə olur

  1. Müraciətinizi dərhal görürükGöndərən kimi bizə bildiriş gəlir.
  2. Bir iş günü ərzində zəng edirikNişinizin demosunu göstəririk, suallara cavab veririk.
  3. CRM-iniz bir dəqiqəyə açılır7 gün pulsuz, kart lazım deyil.
Telefon

Göndərməklə əlaqə üçün məlumatlarınızı istifadə etməyimizə razılıq verirsiniz.

Sual verin